Onlayn ictimai-siyasi qəzet
Ermənistan müdafiə nazirinin keçmiş müavini Vaan Şirxanyan uzun sürən xəstəlikdən sonra, 77 yaşında ölüb.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Vaan Şirxanyan 1990-cı ildə Ermənistan Ali Sovetinin deputatı seçilib. O, həmçinin Ermənistan prezidentinin müşaviri, baş nazirin müavini (1995-1999-cu illərdə), hökumətin 10-cu departamentinin rəhbəri işləyib.
Erməni Milli Hərəkatının üzvü kimi Azərbaycana qarşı cinayətlərdə rolu olduğu şübhə doğurmayan Şirxanyan 2015-ci ilin dekabrında həbs edilmişdi. Onun adı Artur Vardanyan adlı şəxsin yaratdığı cinayətkar dəstə ilə əlaqədə hallanırdı. İrəvanda dövlət institutlarına və vətəndaşlara qarşı cinayət aktlarının həyata keçirilməsini planlaşdıran dəstənin zərərsizləşdirilməsi nəticəsində 25 nəfər həbs edilmişdi.
Musavat.com
06 Iyun 2025
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ