İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqında həyəcan: ABŞ Ukraynaya yardımı tam dayandıra bilər

Ukraynaya dəstək məsələsində Avropa İttifaqında narahatlıq artır.

Musavat.com xəbər verir ki, "Financial Times" qəzetinin məlumatına görə, Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri ABŞ-ın Ukraynaya hərbi və maliyyə yardımını tamamilə dayandırması ehtimalını ciddi şəkildə müzakirə etməyə başlayıblar.

Mənbələrin bildirdiyinə görə, ən pis ssenarilər arasında yalnız yardımların dayandırılması deyil, həmçinin ABŞ-ın Avropa ölkələri ilə kəşfiyyat məlumatlarının paylaşımını kəsməsi, Avropa üzərindən Amerika silahlarının ötürülməsinə qadağa qoyması və hətta ABŞ qüvvələrinin qitədən sürətli çıxarılması da yer alır.

Eyni zamanda, Vaşinqtonla Brüssel arasında mümkün ticarət savaşı da bu riskli ssenarilərin tərkib hissəsi kimi dəyərləndirilir.

Ekspertlər hesab edirlər ki, belə bir gedişat həm Ukraynanın müdafiəsini, həm də Avropanın təhlükəsizlik arxitekturasını sarsıda bilər. ABŞ-da Ukrayna ilə bağlı siyasətdə dəyişikliklər, xüsusən də prezident Donald Trampın mövqeyi Avropada diqqətlə izlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR