İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Ukraynaya 1,5 milyard avroluq hərbi zəmanət verdi – Parisdən Kiyevə açıq dəstək

Fransa Ukraynaya hərbi dəstəyini daha da gücləndirir.

Musavat.com xəbər verir ki, Fransa hökuməti Ukraynaya 1,5 milyard avro dəyərində maliyyə zəmanəti təqdim edib. Bu vəsait Ukraynanın Fransa şirkətlərindən müdafiə təyinatlı məhsullar almasına və birgə hərbi istehsal layihələrinin həyata keçirilməsinə yönəldiləcək. Məlumatı rəsmi olaraq Fransanın Baş nazir Bayruya tabe olan ofisi yayıb.

Sözügedən zəmanət Ukraynanın müdafiə qabiliyyətini artırmaqla yanaşı, iki ölkə arasında hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsinə xidmət edəcək.

Qeyd edək ki, bu addım Fransanın Ukrayna ilə uzunmüddətli təhlükəsizlik tərəfdaşlığı çərçivəsində atdığı ən böyük iqtisadi və siyasi jestlərdən biri kimi qiymətləndirilir.

 Musavat.com
 
 
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR