İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya qarşısında 2,5 milyonluq ORDU

Sürətli, effektiv və ucuz olan Ukrayna dronları yalnız düşmənin texnikasını və canlı qüvvəsini məhv etməklə kifayətlənmir, həm də unikal əməliyyatlar həyata keçirə bilir.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Nəşr yazır ki, Ukrayna Rusiya işğalını dayandırmaq və minlərlə dəfə baha başa gələn düşmən avadanlığını məhv etmək üçün ucuz, lakin effektiv dronlardan istifadə edir. Təxminən 400 dollar dəyərində olan FPV dronları zirehli texnikaları, sursat anbarlarını və komanda məntəqələrini məhv etməkdə heyrətamiz səmərəlilik göstərir.

Britaniyanın RUSI institutunun hesablamalarına görə, 2025-ci ildə Rusiya texnikasının itkilərinin 70%-ə qədəri məhz pilotsuz uçuş aparatlarının (PUA-ların) payına düşür. Ukrayna pilotsuz təyyarələri artıq Sibirə qədər reydlər həyata keçirərək strateji hədəfləri, o cümlədən hava bazalarını vurub.

Müasir müharibəni dəyişən dron tipləri:

FPV dronları, kamikadze dronlar, dərin zərbə dronları, dəniz dronları, kəşfiyyat dronları.

Dünya Ukraynanın nümunəsindən dərs alır. Tayvan, İsrail, Aİ ölkələri və ABŞ dron proqramlarını gücləndirir, döyüş meydanındakı yeni reallığı qəbul edirlər.

Agentlik bildir ki, Ukrayna 2024-cü ildə 1 milyon dron istehsal edib, 2025-ci ildə isə bu rəqəmi 2,5 milyona çatdırmağı planlaşdırır. Startaplardan tutmuş nəhənglərə qədər 500-dən çox şirkət innovasiyalar uğrunda yarışır. Yerli istehsala 2,5 milyard dollardan çox vəsait ayrılıb.

Ən son texnologiyalar dronlara avtonom işləməyə imkan verir, radio maneələri və GPS saxtalaşdırmalarını dəf edə bilir. 

Rusiya bu sahədə geridə qalmamaq üçün Tatarıstanda kütləvi istehsal başlayıb, lakin Ukraynanın yeni taktikası artıq cəbhəni dəyişib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR