Onlayn ictimai-siyasi qəzet
Bakının Nərimanov rayonunda yerləşən daha bir məşhur restoran sökülür.
Musavat.com Modern.az-a istinadla xəbər verir ki, ərazidə yerləşən "Xal-Xal" restoranının söküntüsünə başlanılıb.
Görüntülər sosial şəbəkədə paylaşılıb. Restoranın sökülməsinə səbəb Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası ilə əlaqədar işlərin görülməsidir.
Xatırladaq ki, bundan əvvəl ərazidə yerləşən "Şəki" restoranı sökülüb.
28 Oktyabr 2025
27 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ