İnsanlara hürriyət, millətlərə istiqlal!

Çeçenistan hakimiyyətindən səs-küylü açıqlama: “Armen Şçepixin oğurlanmayıb, saxlanılıb”

Moskvada erməni əsilli Areq Şçepixinin “Kadırovçular” tərəfindən oğurlanması ilə bağlı yayılan xəbərlərə Çeçenistan hakimiyyəti rəsmi reaksiya verib.

Musavat.com xəbər verir ki, Çeçenistan rəsmiləri bu şəxsin oğurlanmadığını, əksinə hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını açıqlayıb. Onların bildirdiyinə görə, saxlanma əməliyyatı Moskvanın aidiyyəti qurumları ilə birgə həyata keçirilib.

Rəsmi bəyanatda Şçepixin “etnik təmizləməyə çağırış etdiyi, dini və Allahı təhqir etdiyi, açıq-aşkar ekstremist fikirlər səsləndirdiyi və azyaşlı uşaqlara qarşı cinsi zorakılıq niyyəti bəyan etdiyi” vurğulanıb.

“Bu şəxs heç vaxt oğurlanmayıb. O, cinayətkar kimi saxlanılıb”, – deyə açıqlamada qeyd olunub.

Moskvada saxlanılan şəxslərdən üçü polisə bildiriblər ki, onlar hazırda Rusiya Qvardiyasının (Rosqvardiya) fəaliyyətdə olan əməkdaşlarıdır.

Hadisə sosial şəbəkələrdə və ictimaiyyətdə geniş rezonans doğurub. Məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR