İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiya Ermənistanı cəzalandırmaq üçün məqam gözləyir" - Rauf Arifoğlu

"Avropa İttifaqı böyük gücdür və eyni zamanda, gələcəkdəki bölgə üçün böyük sponsordur. Aİ-nin qoşunu, hərbi rıçaqı yoxdur. Amma çoxli rezerv ehtiyyatları var".

Musavat.com xəbər verir ki, bu sözləri Sevinc Telmanqızının aparıcılığı ilə "Tv Müsavat"ın efirində yayımlanan "Canlı Debat" verilişində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib. 

"Əgər biz sülh müqaviləsi imzalasaq, xüsusilə də Qarabağ bölgəsindən olan vətəndaşlarımız da bilməlidirlər ki, bu təkcə bölgədə sakitliyin, əmin-amanlığın yaranması demək deyil. Həm də oraya investisiyaların, böyük pulların cəlb olunması deməkdir. Bu baxımdan Avropa İttifaqı bizim gələcək strategiyamızda mühüm bir rol oynayır" - , deyə R.Arifoğlu bildirib. 

Daha ətraflı verilişdən təqdim etdiyimiz hissədə: 

Tv Musavat "Youtube" linki: https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR