İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya dövlət büdcəsinin kəsirini “dar gün”ə yığdığı pullardan bağlayacaq

Rusiya hökuməti 2022-ci ildə federal büdcədə yaranan kəsiri bağlamaq üçün Milli Rifah Fondundan büdcəyə 1 trilyon rubl cəlb olunmasına qərar verib.

Musavat.com xəbər verir ki, bu barədə qərarı Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb.

Baş nazir Maliyyə Nazirliyinə qərara uyğun köçürməni təmin etməyi tapşırıb. Qərara əsasən, həmin vəsaitlər Rusiya federal büdcəsindən sosial öhdəliklərin yerinə yetirilməsi, dövlət borcunun ödənilməsi, regionların kreditləşdirilməsi və sair istiqamətlərə sərf olunacaq.

Qeyd edək ki, iyuldan etibarən dünya bazarında neftin ucuzlaşması, həmçinin Rusiya qazının ixrac həcmlərinin kəskin azalması nəticəsində bu istiqamətlərdən büdcəyə proqnozlaşdırılan əlavə daxilolmalar ötən ilkindən 20 faizə yaxın azdır. Eyni zamanda digər istiqamətlərdə də ixracın azalması (kənd təsərrüfatı məhsulları, gübrələr, kömür, qızıl və sair) büdcədə kəsirin artmasını şərtləndirib. Buna görə də hökumət kəsiri bağlamaq üçün əlavə mənbələr tapmayaraq Milli Rifah Fonduna əl atmağa məcbur olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR