İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus qoşunları Kurska HƏRƏKƏT EDİR, Ukrayna cəbhəsi DONDURULUR, Polşaya qədər BUFER ZONA yaradılır

Ukrayna ordusu Rusiyanın Kursk vilayətinə hücum etdikdən sonra Moskvanın diqqəti yalnız Pokrovsk şəhərinə fokuslanıb. Bu barədə “France 24” yazır.

Məqalədə qeyd olunur ki, ruslar Ukraynada digər cəbhələri dondurublar.

Ukrayna ordusunun mərmi hücumundan qorunmaq üçün sərhəddə bufer zonanın yaradılması vacibdir. Onun eni Ukraynaya hansı növ silahların veriləcəyindən asılıdır.

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedyev deyib.

“Gələcəkdə bizə sanitar zona yaratmaq lazımdır ki, hər hansı mərmi atılmasın. Hansı ölçüdə olacağını heç kim bilmir. Lakin kifayət qədər olmalıdır. Uzaq mənzilli silahlar, qanadlı və ballistik raketlər əldə etmək istəyirlərsə, bu sanitar zona Polşaya qədər uzanmalıdır”, - deyə o bildirib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız politoloq Xəqani Cəfərlidir.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR