Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusu Ukrayna silahlı qüvvələrinin uğurları fonunda Dnepr çayının sağından sol sahilinə Xerson vilayətində hərbi texnika və şəxsi heyəti daşıyır.
Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun rus xidməti məlumat yayıb.
Xəbərdə Ukraynanın əsas hədəfi kimi Xerson şəhərinin azad olunması göstərilib.
Rusiya ordusunun isə oktyabrın əvvəlindən yük bərəsi ilə Dnepr çayından Kazatskoe qəsəbəsi ərazisindən Novaya Kaxovkaya hərbi texnika daşıdığı qeyd olunub.
Bunu peyk görüntüləri, eləcə də rusların özləri tərəfindən yayımlanan videolar göstərir.
Musavat.com
14 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ