Onlayn ictimai-siyasi qəzet
İngiltərə millisinin keçmiş hücumçusu Ueyn Runi Şimali Amerika Böyük Futbol Liqasının (MLS) “Di Si Yunayted” komandasının baş məşqçisi postunu tərk edib.
Bu barədə klubun rəsmi saytında xəbər verilib.
O, 2022-ci ilin iyulundan Amerika klubunda çalışırdı. Onun rəhbərliyi altında komanda 53 oyun keçirib, 14 dəfə qalib gəlib, 13 dəfə heç-heçə edib, 26 oyunda məğlub olub. Bir oyunçu kimi o, 2018-2020-ci illərdə həmin komandada çıxış edib.
Runi 37 yaşındadır və əvvəllər “Derbi Kaunti”də, o cümlədən oyunçu-məşqçi kimi çalışıb. O, futbolçu kimi İngiltərənin “Everton” və “Mançester Yunayted” klublarını da təmsil edib.//Lent.az
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ