İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruben Vardanyan “dövlət naziri” olmağa razılaşıb - erməni oyunbazlığı davam edir

Rusiya vətəndaşlığından imtina etmiş erməni milyarder Ruben Vardanyan bildirib ki, bu il noyabrın əvvəlində o, “artsax respublikasının dövlət naziri” vəzifəsinə başlayacaq.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

“Noyabrın əvvəlində mən rəsmən Artsaxın dövlət naziri vəzifəsinə başlayacağam və sonra strateji məqsədlərimizi və həll etməli olduğumuz prioritet vəzifələri açıqlayacağam, həmçinin atacağımız ilk addımlar barədə hesabat verəcəyəm”, - Vardanyan  yazıb. Erməni milyarder qeyd edib ki, Ermənistan və “artsax” ətrafında baş verən siyasi hadisələr, “artsax məsələsinin həlli” ətrafında vəziyyətin gərginləşməsi həddindən artıq narahatlıq doğurur. “Mən başa düşürəm ki, artıq düşünməyə vaxtım yoxdur, necə ki, artsax xalqına yaxın olmaqdan və artsaxın gələcəyi üçün məsuliyyəti öz üzərimə götürməkdən başqa yolum yoxdur”, - Vardanyan bildirib.

Qeyd edək ki, baş separatçı Arayik Arutyunyan Ruben Vardanyana “artsaxın dövlət naziri” vəzifəsini təklif etdiyi barədə qərarını açıqlayandan sonra bu, qondarma “vəzifə”ni icra edən Artak Beqlaryan qərarı qeyd-şərtsiz dəstəklədiyini bildirmişdi.

Bu arada Vardanyanın Rusiyaya səfər edəcəyi xəbəri yayılıb. Beləliklə, oyunbazlıq davam edir….

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR