İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldo: "Heç vaxt Avropa klubuna keçməyəcəyəm"

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Avropa futboluna qayıtmayacağını açıqlayıb.

Musavat.com xəbər verir ki, onun sözlərini tanınmış jurnalist Fabrizio Romano öz Twitter səhifəsində yazıb.

“Avropa futboluna qayıtmayacağam, qapı tamamilə bağlıdır. 38 yaşım var və Avropa futbolu keyfiyyətini çox itirib. Yalnız Premyer Liqa bütün digər liqaları çox qabaqlayır”, - deyə Kriştiano Ronaldo bildirib.

Ronaldo “Mançester Yunayted”dən ayrıldıqdan sonra yanvarın 2-də “Əl-Nəsr”ə keçib. Klubla müqaviləyə əsasən, o, ildə 200 milyon avro alır.

Hücumçu ötən mövsüm bütün turnirlərdə 19 oyuna çıxıb, 14 qol vurub, 2 məhsuldar ötürmə edib. Onun komandası "Əl-İttihad"dan 5 xal geri qalaraq, liqa cədvəlini ikinci yerdə tamamlayıb.

Bundan əvvəl Ronaldonun 2023-cü ildə Ginnesin Rekordlar Kitabına düşdüyü bildirilirdi.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR