Onlayn ictimai-siyasi qəzet
“Real Madrid”də xorvatiyalı ulduz Luka Modriçlə bağlı böhran müşahidə edilir.
Əsas heyətdə yerini itirən futbolçu bundan razı deyil. Məlumata görə, “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti bundan əvvəl Modriçlə görüşüb və onun komandadakı rolunun dəyişməyəcəyinə zəmanət verib. Bundan sonra Modriç “Real Madrid”lə müqaviləsini yeniləyib. Məlumata görə, Ançelotti buna baxmayaraq verdiyi sözü tutmayıb. Xorvatiyalı ulduzun cari mövsümdə cəmi 3 dəfə ilk 11-likdə yer aldığı və bu vəziyyətin onu qane etmədiyi iddia edilib. Modriçin buna görə, klubdan ayrılmaq istədiyi irəli sürülür.
Modriçə Səudiyyə Ərəbistanı klublarından və “İnter Mayami”dən transfer təklifləri olduğu bildirilir. Modriçin “Real”la müqaviləsi mövsümün sonunda yekunlaşır./Metbuat.az
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ