İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubada kişi keçmiş arvadını öldürüb İNTİHAR ETDİ

Qubada qətl hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Paşaoba kəndində qeydə alınıb.

Kənd sakini Xudamov İlham Əziz oğlu keçmiş həyat yoldaşı Xudamova Sara Şair qızını qətlə yetirilib. Daha sonra o, damarlarını kəsərək intihar edib.

Onların bir müddət öncə boşandıqları və məhkəmənin hökmü ilə əmlakın ər və arvad arasında bölündüyü bildirilir. Ayrıldıqdan sonra cütlük bir evdə yaşayıb.

Birgə nikahdan onların 3 övladı var.

Faktla bağlı araşdırmalar davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR