İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna kəşfiyyatından İNANILMAZ həmlə: Bu ərazilər AZAD edildi - Üzeyir Cəfərovla CANLI

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bölmələri Volçanski aqreqat zavodunun ərazisini tamamilə azad edib və müəssisənin binalarında olan işğalçıları məhv edib. Ukrayna MN-in Baş Kəşfiyyat İdarəsinin məlumatında bildirib.

“ABŞ Ukrayna qalib gələnə qədər öz dəstəyini davam etdirəcək”. ABŞ Prezidenti Cozef Bayden ABŞ-də BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib. O, bildirib ki, Rusiya NATO-nu zəiflətmək istəyirdi: “Amma indi NATO əvvəlkindən daha güclüdür”.

Müttəfiqlərinə “Qələbə planı”nı təqdim etmək üçün ABŞ-yə səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski həmin plan barədə bəzi açıqalmalar verib. Zelenski onun təqdim etdiyi planda Rusiya ilə danışıqlara aid bəndin olmadığını deyib. O, ədalətli və davamlı sülhün təmin edilməsi üçün lazım olan addımların təfərrüatlarını Co Baydenə təqdim olunana qədər açıqlamaqdan imtina edib.

Zelenskinin “ABC News”-a müsahibəsində dediyinə görə, bu plan “Ukraynanı gücləndirmək” və Vladimir Putini ədalətli şərtlərlə danışıqlar masasına oturtmaq məqsədi daşıyır: "Burada söhbət Rusiya ilə danışıqlardan getmir. Bu, müharibəni sona çatdırmaq üçün diplomatik həll yoluna körpüdür. Yalnız təşviq edə biləcəyimiz güclü mövqe ilə Putini müharibəni diplomatik yolla bitirməyə sövq edə biləcəyik". O, əlavə edib ki, Putinin “real danışıqlara” hazır olduğunu hələ görmür.

TVMusavat-ın bu gün saat 11:30-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu polkovnik Üzeyir Cəfərovla regiondakı hadisələri dəyərləndirir.

Facebook səhifəsinin ünvanı:

Youtube səhifəsinin ünvanı:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR