İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda uşaq alverində şübhəli bilinən əcnəbilər saxlanılıb

Qırğızıstanda uşaq alverində şübhəli bilinən əcnəbilər saxlanılıb, onların transmilli cinayətkar qrupun üzvləri olduğu bildirilir və qrupun digər üzvlərinin axtarışı davam etdirilir.

Musavat.com xəbər verir ki, bu barədə Qırğızıstan mediası yerli təhlükəsizlik orqanlarının məlumatına əsasən yazıb.

“Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 166-cı “İnsan alveri” maddəsi ilə başlanmış cinayət işi çərçivəsində xarici vətəndaşlardan ibarət stabil transmilli cinayətkar təşkilatın fəaliyyətinin qarşısını alıb. Qırğızıstan Respublikasının vətəndaşları, yetkinlik yaşına çatmayan uşaqların sonradan satılması məqsədilə Qırğızıstan Respublikasının hüdudlarından kənara qanunsuz övladlığa götürülməsi və çıxarılması üzrə ixtisaslaşırbar”, - məlumatda bildirilir.

Müəyyən edilib ki, 2022-ci ildən indiyədək bu cinayətkar təşkilat müxtəlif manipulyasiyalar, rüşvətxorluq və Qırğızıstan Respublikasının qanunvericiliyinin pozulması yolu ilə sosial cəhətdən həssas ailələrdən olan Qırğızısyan vətəndaşlarının övladlarına tam qəyyumluq hüququ əldə edib.

Sentyabrın 20-də hadisədə iştirak edən şəxslər tutularaq DMTK-Nin istintaq təcridxanasına yerləşdirilib.

“Hazırda Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi cinayətkar təşkilatın digər üzvlərinin və onun qanunsuz fəaliyyətindən zərər çəkmiş şəxslərin, habelə onlara cinayət əməllərində köməklik göstərən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq və əməliyyat-axtarış tədbirlərini davam etdirir”, - DMTK-nin yaydığı açıqlamada bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR