Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasını bir daha İrəvan və Bakı arasında aparılan danışıqların nəticələri ilə əlaqələndirib.
Musavat.com bildirir ki, erməni mediası bu barədə Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər yayıb. Prezident Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışında Ankaranın Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəklədiyini, onun tezliklə başa çatacağına ümid etdiyini və xoş xəbərlər gözlədiyini vurğulayıb.
Cənab Ərdoğan vurğulayıb ki, Ermənistan və Türkiyə də münasibətləri normallaşdırmaq üçün çalışır və İrəvanla Bakı arasında sülh danışıqlarının uğuru Ermənistanın Ankara ilə münasibətlərinə müsbət təsir göstərəcək.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ