Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 24-də Rusiya Kommunist Partiyasının lideri Gennadi Zyuqanov Revda şəhərində Leninin abidəsinin müdafiəsi üçün Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevə müraciət edib.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Zyuqanov Kuyvaşevi Leninin abidəsi ilə bağlı məsələni şəxsi nəzarətinə götürməyə çağırıb.
“Rusiya ərazisinə soxulan Kiyev banderitləri və nasistlərin ilk növbədə sovet dövrünün abidələrini ələ saldıqları bir şəraitdə Revda administrasiyasının niyyətləri sadəcə olaraq əxlaqsızlıqdır”, - Rusiya Federasiyası Kommunist Partiyasının lideri bildirib.
O, qubernatorun diqqətini Revda administrasiyasının “abidəni yerindən tərpətmədən meydanın abadlaşdırılmasını maliyyələşdirməyin mümkün olmadığıl” ifadələrinə çəkib. Zyuqanov əmin olduğunu bildirib ki, sosial-iqtisadi inkişafda liderlərdən biri olan Sverdlovsk vilayəti öz tarixi görünüşünü qoruyub saxlayaraq, regional mərkəzinin ərazisini yenidən qurmağa qadirdir.
Açıq məktubunun sonunda o, qubernatorun mövqeyinin ona bu uzun sürən xoşagəlməz hekayəyə son qoymağa və Revda sakinlərinin əksəriyyətinin fikrini nəzərə almağa imkan verəcəyinə inandığını bildirib.
Qeyd edək ki, hələ 2019-cu ildə vilayət rəhbərliyi faktiki olaraq onlar arasında sorğu keçirib və bu sorğuda 67,9% Qələbə meydanında, yəni mərkəzdə Leninin abidəsinin qorunub saxlanmasının tərəfdarı olub. Onsuz da kifayət qədər bərbad vəziyyətdə olan abidənin başqa yerə köçürülməsi ilə yalnız 22% razılaşıb.
Ancaq bu yaxınlarda Revda şəhərinin rəhbəri Tatyana Klepikova Leninin abidəsini “Rodniçok” sanatoriyasının yaxınlığındakı parkda, yəni kənarda yerləşdirmək niyyətində olduğunu bildirib. Daha sonra o, 2024-cü ildə abidənin bərpası üçün vəsaitin olmadığını deyib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ