İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Köçərli Həsənov VƏFAT ETDİ

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Köçərli Həsənov vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Ceyhun Musaoğlu məlumat yayıb.

"Köçərli Fəriş oğlu Həsənov dünən gecə saatlarında Türkiyənin İstanbul şəhərində müayinə olunduğu Memorial Şişli xəstəxanasında vəfat edib", - deyə o qeyd edib. 

Qeyd edək ki, Köçərli Həsənov uzun illər “Azərsu” ASC-nin sədrinin müavini vəzifəsində çalışıb. Bu il isə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinə sədr təyin olunub.

Onun 63 yaşı var idi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR