İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ kəşfiyyatından Trampla bağlı ŞOK İDDİA - İrandan sui-qəsd TƏHDİDİ

ABŞ kəşfiyyatı Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa İranın sui-qəsd təhdidləri barədə məlumat verib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə sabiq prezident "Truth Social" sosial şəbəkəsində yazıb.

O, İrandan onun həyatı üçün təhlükə olduğunu açıqlayıb:

"İran mənim həyatımı ciddi şəkildə təhdid edir. ABŞ ordusu izləyir və gözləyir. İran artıq addımlar atıb və uğur qazanmayıb, amma yenidən cəhd edəcək".

Tramp əlavə edib ki, o, əvvəlkindən daha çox insan və silahla əhatə olunub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR