İnsanlara hürriyət, millətlərə istiqlal!

Qriqoryandan Sübhaniyə: “Heç bir qüvvə İranla Ermənistanı ayıra bilməz” 

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın bu ölkədəki səfiri Mehdi Sübhani ilə görüşüb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə İran səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında məlumat yayılıb.

Məlumata əsasən, görüşdə əsas mövzu “kommunikasiyaların açılması kontekstində Ermənistan ərazisindən ekstraterritorial dəhlizin açılmasının yolverilməzliyi” olub.

Qriqoryanın sözlərinə görə, Ermənistan ərazisindən keçən istənilən əlaqə onun nəzarəti və milli suverenliyi altında olmalıdır, İrəvan istənilən “dəhliz” məntiqinin əleyhinədir.

Armen Qriqoryan Ermənistanla İran arasındakı sərhədi sülh və dostluq sərhədi adlandırıb, əlavə edib ki, heç bir qüvvə bunu pozmağa qadir deyil.

Öz növbəsində İran səfiri Tehranın regionda sərhədlərin istənilən dəyişikliyinə qarşı çıxan prinsipial mövqeyini bir daha xatırladıb.

Ermənistan rəsmisi belə bir mövqeyə görə diplomata təşəkkürünü bildirib, Ermənistanla İran arasında münasibətlərin vacibliyindən dəm vurub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR