İnsanlara hürriyət, millətlərə istiqlal!

Qondarma rejim açıqladı: "Yardımı qəbul etməyəcəyik..."

Xankəndidəki qondarma rejim Bakıdan göndərilən humanitar yükü qəbul etməyəcəklərini bildirən açıqlama yayıblar.

Msuavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

"Bizimlə yükün qəbulu yönündə heç bir razılıq alınmayıb. Bu addım vəziyyəti daha da çətinləşdirməyə yönəlib. Biz Laçın yolunun açılmasını tələb edirik", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında humanitar karvan Ağdam-Xankəndi yolu ilə Xankəndiyə doğru səfərə çıxıb.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan deyib.

O bildirib ki, ilkin mərhələ üçün 40 ton un məmulatları göndəriləcək:

“Bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR