Onlayn ictimai-siyasi qəzet
HƏMAS Qəzza zolağında hərbi əməliyyatların yenidən başlanmasına hazırlaşır.
Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
1 martda hazırkı atəşkəs rejiminin müddəti başa çatır və vəziyyət kritik həddə çatıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, İsrail və HƏMAS arasında atəşkəsin uzadılması ilə bağlı razılığın əldə olunmaması riski yüksəkdir. Bu isə regionda yeni toqquşmaların başlamasına səbəb ola bilər.
Ekspertlər Qəzza zolağında qarşıdakı günlərin həlledici olacağını vurğulayır.
Musavat.com
26 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ