Onlayn ictimai-siyasi qəzet
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan daha 24 nəfərin nəşi ölkəyə gətirilib.
Musavat.com-un əməkdaşları xəbər verir ki, qəza nəticəsində həlak olan 21 sərnişin və 3 ekipaj üzvü-pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçi Hökumə Əliyevanın nəşi ölkəyə gətirilib.
Qeyd edək ki, ekipaj üzvləri ll Fəxri Xiyabanda dəfn olunacaq.
Xatırladaq ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
@@TVmusavat/104637@@
Əli Rais,
Şəhanə
Musavat.com
29 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ