İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin payız sessiyası başa çatdı – deputatlar tətilə çıxdılar

Milli Məclisin 2024-cü il payız sessiyası öz işini başa çatdırıb.

Musavat.com xəbər verir ki, parlament sədri Sahibə Qafarova sessiyanın yekunları ilə bağlı fikirlərini çatdırıb.

Spiker payız sessiyasında bir sıra önəmli qanun və qərarlar qəbul etdiyini, səmərəli fəaliyyət göstərdiyini bildirib. Həmçinin Qərbi Azərbaycan qayıdışla bağlı komissiyanın yaradılmasını xüsusi qeyd edib. Sədr dövlət qurumları ilə parlament arasında əməkdaşlığın faydalı nəticələrindən də danışıb.

Sədr sessiyada keçirilən 19 plenar iclasda 84 qanun, 41 qərar qəbul olunduğunu, Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdışla bağlı dinləmələr keçirildiyini söyləyib.

Sədr hər kəsi təbrik edib, uğurlar arzulayıb.

Sessiya Dövlət Himninin oxunuşu ilə başa çatıb və deputatlar qış tətilinə çıxıblar.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR