İnsanlara hürriyət, millətlərə istiqlal!

Toponimiya Komissiyasında DƏYİŞİKLİK - ADLAR

Parlamentin iclasında Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının tərkibi haqqında layihəyə baxılıb.

Musavat.com-un məlumatına görə, layihəyə əsasən, Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibi dəyişib.

Sənədə əsasən, deputat Elnarə Akimova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, deputat Anar İsgəndərov, Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov Toponimiya Komissiyasının tərkibinə daxil ediliblər. Komissiyanın sədr müavini, deputat Sevinc Fətəliyeva, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Akif İmanlı və AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Mahirə Abbasova isə komissiyanın tərkibindən çıxarılıblar.

Məsələ komitə sədri Siyavuş Novruzovun təqdimatından və müzakirələrdən sonra səsverməyə qoyularaq təsdiqlənib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Yanvar 2025

31 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR