Onlayn ictimai-siyasi qəzet
Və ictimaiyyətdə yaranan üzrün böyüyü-kiçiyi mövzusu...
Musavat.com xəbər verir ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı, Şuşanın azad olunmasına qədər şərəfli yol keçmiş zabitimiz İqbal Səfərov təsirli bir yazı yazıb.
Həmin yazını oxucularımıza təqdim edirik.
*
Bir müddət əvvəl diqqətimi çəkən bir video ilə rastlaşmışdım.
Qardaş Türkiyədə bələdiyə seçkilərini az fərqlə qazanan Ak parti namizədinə Cumhurbaşkanı sayın Erdoğanın " Zəfərin böyüyü, kiçiyi olmaz. ZƏFƏR ZƏFƏRDİR! sözləri...
Necə ki, sayın Rəcəb Tayyib Ərdoğan "Zəfərin böyüyü kiçiyi olmaz! deyirsə dəyərli böyüyümüzdən örnək alaraq əlavə etmək istəyirəm ki, üzrün də böyüyü kiçiyi olmaz. Üzr elə üzrdür!
Qayıdaq mövzumuza...
Təyyarəmiz vuruldu...Həm də sərnişin təyyarəmiz!
Vurulmaqla da qalmadı...İzlər itsin deyə oynanmayan oyun da qalmadı....Etdikləri yalnışı daha böyük səhvlər edərək ört basdır etməyə çalışdılar..
Hökümə xanımdan "Hər şey yaxşı olacaq" çağrısı...
Qəhrəman pilotlarımız dünyada sözlərini və sözümüzü deməyi bacarması...
Havacılıq tarixində bəlkə də ilk idi...Ən azından mənim bildiyim qədər bir ilk idi...Raketlə vurulmuş, idarə etməsi itmiş və naviqasiyası olmayan bir təyyarəni yerə endirməyi bacarmaq... Hətta ön təkərləri üzərində...Bəli, ön təkərlərin üzərində...
"Kapitan öz idarə etdiyi gəmini ən son tərk edər!"
Bizim kapitan isə öz gəmisini həyatı bahasına tərk etmədi. Əsl peşəkarlıq!
Kapitan geridə qalanların sağ qala bilmə ehtimalını nəzərə alaraq hava gəmisini məhz ön təkərləri üzərinə yerə endirdi. Həyatı bahasına yaşamaq hüquququndan vaz keçərək qəhrəman oldu, onlarla həyat qurtardı...
Hadisədən sonra təklif olunan yardımlar və Azərbaycanın dövlət duruşu...Bizə heç kimin yardımı lazım deyil!
Qətiyyətli və qürurlu duruş sərgiləmək!
Gözlənilən amma günlərlə istənilməyən üzr.
Lider duruşu, göstərilən səbr, iradə və dözüm!
Hər şey yaxşı olacaq! Bir az daha səbr! Və sonda isə nəticə! Üzr istənildi!
Əslində üzr istəmiyə də bilərdilər. Reallığı hisslərimizlə qarışdırmadan olduğu kimi də qəbul etməyi bacarmaq lazımdır.
İstənilmiyəcək üzr əslində müharibə səbəbidir.
Reallığı qəbul etmək məsələsi...Biz 1990-cı ilin 20 yanvarında lazım gələrsə bir olub hamılıqca ölümə meydan oxumağı o dönəmin Sovet imperyasına yaxşıca göstərmişik....
Amma indi 90-cı il də deyil! Və Azərbaycan da o dönəmin Azərbaycanı deyil! Təklənmiş, orudusu olmayan, normal rəhbəri olmayan, varlığı sual altında olan.... Bütün bunlar qaldı elə 90-cı illərdə.
Fərqlər çoxdur.
Azərbaycanın dünya reallığındakı yaranan payı, qalib ölkə statusu, Turan birliyi, Qardaş Türkiyə, günümüzün reallıqları və Ölkə prezidenti cənab İlham Əliyevin qətiyyətli duruşu!
Bəli, Azərbaycan yeni dönəmdə əksər dünya ölkələrinin hörmətlə yanaşdığı, bir çoxunun hesablaşdığı vahid, suveren bir ölkədir. Bütün bunlar isə üzr istənilməsində əhəmiyyətli rol oynadı.
Hadisəni törədənlər eyni olsalar da bildiyim qədər nə 20 yanvarda nə də Xocalıda üzr istənilməmişdi....
Deməli biz doğru yoldayıq! Əmin addımlarla yolumuzda yalnızca irəli addımlayırıq.
Duruşumuzu ruslara və bütün dünyaya, dostlarımıza və düşmənlərimizə çox gözəl sərgilədik. Mesajımızı verdik və aldılar!
Reallığı düzgün analiz etməyi bacarmıyaraq ağızbüzənlərə, hər şeydə qaranı axtaranlara üzümü tutaraq demək istəyirəm ki, reallığı düzgün analiz edin və anlayın ki, zəfərin azı çoxu olmur. Zəfər elə zəfərdir!
Və üzr də elə üzrdür!
Bütün dünya üzrün hansı tərz və ya hansı cümlələr seçilərək istənilməsini deyil sadəcə olaraq Rusiyanın Azərbaycandan üzr istəməsindən danışır!
Ali Baş Komandanın rəhbərliyi altında Şuşada, Xankəndində necə ki, qazanmış və rusları ərazilərimizdən çıxarmağı bacarmışdıq eləcə də bu günlərdə də hamılıqca savaş verdik və qazandıq!
Bu isə Hökümə xanımın da dediyi kimi Hər şeyin yaxşı olacağına bir işarətdir!
Təzminat da ödəniləcək və lazımı bütün proseslər həyata keçiriləcəkdir
Qəza nəticəsində dünyadan köçənlərimizə Allahdan rəhmət, xəsarət alanlarımıza isə acil şəfalar diləyirəm.
Hörmətlə,
İqbal Səfərov
01 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ