Onlayn ictimai-siyasi qəzet
Abşeron rayonunda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə şəhid övladları üçün bayram şənliyi keçirilib.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, millət vəkilləri Rizvan Nəbiyev və Zaur Şükürov, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron Ağsaqqallar Şurasının sədri Nizami Zalov, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, şəhid ailələri, onların bizə əmanət qalan övladları və müharibə iştirakçıları iştirak edib.
Tədbirdə əvvəlcə Dövlət Himni oxunub, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı Abdin Fərzəliyev çıxış edərək şəhidlərimizdən bizə əmənət qalan fidanları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb.
RİH başçısı qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörənliyi, siyasi iradəsi və “Dəmir yumruğ”u ətrafında birləşən ordumuzun şücaəti sayəsində işğaldan azad olunan tarixi torpaqlarımıza yenidən həyat qayıdıb. Yurd yerlərimizin bir-birinin ardınca surətli şəkildə yenidən qurulduğunu, soydaşlarımızın Qarabağa geri dönərək təhlükəsiz şəkildə həyatlarına davam etdiklərini vurğulayan RİH başçısı əlavə edib ki, güclü və yenilməz Azərbaycan ordusu istənilən hərbi təxribatı yerindəcə məhv etməyə və lazimi cavab tədbirləri görməyə qadirdir.
Tədbir zamanı bildirilib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə uşaqların xoşbəxt və firavan yaşaması üçün bütün lazım olan hər bir şərait təmin edilir. Ölkəmizin hər yerində olduğu kimi Abşeron rayonunda da şəhid ailələrinə və onların əmanət qalan övladlarına xüsusi diqqət və qayğı göstərilir.
Şəhid ailələri də öz növbəsində Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman onları diqqətdə saxladıqlarına və göstərdikləri qayğıya görə öz təşəkkürlərini bildiriblər.
01 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ