İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlament Prezidentə və Birinci vitse-prezidentə təbrik məktubu yollayacaq

Milli Məclis adından Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubları ünvanlanıb.

Musavat.com bildirir ki, parlamentin payız sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova bu təkliflə çıxış edib.

Deputatlar spikerin təklifini alqışlarla dəstəkləyiblər.

Qeyd edək ki, Milli Məclis əlamətdar günlərdə və bayramlar zamanı dövlət başçısını və Birinci vitse-prezidenti ənənəvi qaydada təbrik edir.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR