İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlament dünya azərbaycanlılarına müraciət etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti təqdim olunub.

Musavat.com bildirir ki, Azərbaycanın artan uğurlarının, ərazi bütövlüyümüzün tam təmin olunması şəraitində keçirilən prezident və parlament seçkilərinin keçirilməsinin xatırlandığı, COP29-un yüksək səviyyədə reallaşdırılmasından, dövlətimizin milli mənafelərə uyğun olaraq müstəqil siyasət yürütməsindən və digər uğurlardan bəhs edən müraciəti deputat Samir Vəliyev parlament tribunasından səsləndirib.

Soydaşlarımıza xitabən onlara yaşadıqları ölkələrdə milli dəyərlərimizi uca tutmağa çağırış ifadə olunub. Deputatlar alqışlarla müraciəti təsdiq ediblər.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR