İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarə bələdçisi mərhum həmkarlarından danışdı: "O situasiyanı ancaq yaşayanlar bilir"

Məlum hadisə hamımızı kədərləndirib. Çox pis olmuşuq. Özümüzə gələ bilmirik.

Bu fikirləri Musavat.com-a böyük təyyarə bələdçisi Aygün Cavadova bildirib.

O günü xatırlayan Aygün Cavadova qeyd edib ki, Samara reysini yerinə yetirirdi:

"Hamı zəng edirdi, marqlanırdı, narahat olurdu. Mən çox pis olmuşdum. Hökümə xanım çox tərbiyəli, ağıllı, əqidəli, əsl azərbaycanlı xanımı idi. Çox savadlı idi. Səssiz, sakit idi. Son anda da vəzifə təlimatlarını yüksək səviyyədə yerinə yetirib. Ən pis vəziyyəti bilə-bilə özünü itirməyib, möhkəm olub. Hamıya ürək-dirək verib. O situasiyanı ancaq yaşayanlar bilir. Hər üçü ilə uçuşlarda olmuşam. Çox təmkinli, təcrübəli, savadlı idilər. Allah rəhmət eləsin! Allah dövlətimizi qorusun! Ağır faciədir".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Yanvar 2025

31 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR