İnsanlara hürriyət, millətlərə istiqlal!

Qətər əmirinin Praqanı vaxtından əvvəl tərk etməsi marağa səbəb olub  

Bir gün əvvəl Çexiyanın paytaxtı Praqaya səfərə gələn Qətər əmiri Təmim bin Həməd əl Tani elə həmin gün axşam saatlarında səfər proqramını bitirərək, oranı tərk edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Çexiyanın “Denik N” saytı məlumat yayıb.

Saytın informasiyasına əsasən, buna Qətər dövləti başçısının təmin edilməmiş tələbləri səbəb olub. Halbuki səfərlə bağlı ilkin rəsmi açıqlamada onun oktyabrın 6-dək Praqada qalacağı bildirilirdi.

Xatırladaq ki, bu gün hazırda Aİ-yə sədrlik edən Çexiyanın paytaxtında Avropa Siyasi Birliyinin sammiti - Aİ ölkələrinin və regionun digər dövlətlərinin, o cümlədən Ukrayna və Türkiyənin iştirak etdiyi yeni qeyri-rəsmi təşkilatın sammiti öz işinə başlayıb. Ümumilikdə, burada 44 dövlət və ya hökumət başçısı iştirak edir.

Çexiya mətbuatının məlumatına görə, Qətər əmiri son anda sammitin tamhüquqlu iştirakçısı olmaq, o cümlədən qala şam yeməyində iştirak etmək arzusunu ifadə edib. Lakin Çexiya rəsmilərinin onun bu tələbini yerinə yetirə bilmədiyi iddia edilir. Coğrafi baxımdan Qətər Avropadan uzaqda yerləşir, üstəlik, demokratik ölkə sayılmır, hüquq müdafiəçiləri rəsmi Dohanı insan haqlarının pozulmasına görə tez-tez tənqid edirlər.

Əmir oktyabrın 6-da Avropa liderləri ilə qeyri-rəsmi görüşlər planlaşdırırmış. Qətər qalıq yanacaq, ilk növbədə təbii qaz istehsalına görə lider ölkələrdən sayılır. Xüsusilə, Ukraynada müharibə başlayandan Almaniya tədarükün artırılması üçün onunla danışıqlar aparır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR