İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan diplomatlarını Ukraynadan çıxardı

Qazaxıstan Kiyevdəki səfirliyinin əməkdaşlarının əksəriyyətini Varşavaya köçürüb.

Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər naziri Muxtar Tleuberdi məlumat verib.

“Diplomatların əksəriyyəti indi Varşavaya köçürülüb. Səfirlik Varşavadan fəaliyyət göstərir, konsul isə Kiyevdə qalır, o, vətəndaşlarımızı gündəlik qəbul edir. Orada onların çoxlu sualları var. Təxliyə üçün kömək istəyirlər", - Tleuberdi vurğulayıb.

O, həmçinin əlavə edib ki, səfirliyin tam təxliyəsi və müvəqqəti bağlanması müzakirə olunmur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR