Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanın qərbində mümkün daşqınlarla əlaqədar 2000 nəfər üçün 28 təxliyə məntəqəsi yaradılıb.
Musavat.com xəbər verir ki, bu barədə "Tengrinews" məlumat yayıb.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Qərbi Qazaxıstan, Qaraqanda, Akmola, Şimali Qazaxıstan və Şərqi Qazaxıstan vilayətləri daşqın təhlükəsi ilə üzləşib.
Qeyd edək ki, 2024-cü ilin yazında şiddətli daşqınlar artıq ölkənin yeddi bölgəsinə təsir göstərərək əhəmiyyətli dağıntılara səbəb olub.
Musavat.com
08 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ