İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağın baş separatçısı Moskvaya gedəcək - erməni mediası

Qarabağdakı terrorçuların başçısı Arayik Arutyunyan Rusiyaya səfərə hazırlaşır. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Arutyunyanın başçılıq etdiyi “nümayəndə heyəti” İrəvan səfərindən narazı qayıdıb. Xüsusilə də Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü Arutyunyanı peşman edib.

Məlumata görə, İrəvandakı son görüşdə Paşinyan separatçılara açıq mətnlə deyib ki, o, artıq “Artsax məsələsi”ndə heç nə edə bilməz. Erməni mediasının iddiasına görə, ümumiyyətlə, son vaxtlar Ermənistan hakimiyyət orqanlarının nümayəndələri açıq şəkildə Qarabağ məsələsində söz sahibi olmadıqlarını deyirlər. Ancaq “Past” qəzetinin məlumatına görə, Xankəndidəki separatçılar “boş oturmaq fikrində deyillər və konkret addımlar hazırlayırlar”.

Bu mənada Arutyunyanın başçılığı ilə separatçıların yaxın günlərdə Rusiya “siyasi rəhbərliyi ilə görüşmək üçün” Moskvaya yola düşəcəyi bildirilir. “Nümayəndə heyətinin əsas məqsədi Artsax məsələsinin gələcək taleyi ilə bağlı hər hansı izahat və aydınlıq əldə etməkdir. Həmçinin bizə bildirdilər ki, hazırda Moskvada gözlənilən görüşün keçirilməsi üçün hazırlıq gedir. Qəzetin mənbəsi onu da bildirir ki, Rusiya prezidenti Vladimir Putinlə görüş ehtimal edilir” - sözügedən xəbərdə iddia olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR