İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdan Ermənistana daha 4 xəstə aparıldı - erməni mediası

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Qarabağdan daha 4 xəstə Ermənistana aparılıb. Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni məlumat verib. Amatuni əlavə edib ki, onları müşayiət edən şəxslər də olub.

Erməni mediası ardınca ənənəsinə sadiq qalaraq Qarabağın “blokadasının davam etdiyini” iddia edib.

Həmçinin qeyd olunub ki, dekabrın 12-dən, yəni bir qrup azərbaycanlının ekoloji səbəblərə görə aksiyaya başlamasından sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə ümumilikdə 46 xəstənin Qarabağdan Ermənistana aparılıb. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR