İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qafqaz Motor Şou 2022"avtomobil sərgisi keçiriləcək

İyulun 29-31-də Qəbələdə "Qafqaz Motor Şou 2022" avtomobil sərgisi keçiriləcək.

"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyindən Musavat.com-a verilən məlumata görə, tədbirin təşkilati dəstəkçisi Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatıdır.

Ümumilikdə 17-ci dəfə keçiriləcək "Qəbələnd" əyləncə mərkəzində ən müasir və təhlükəsiz, ən texnoloji və ekoloji minik və kommersiya avtomobillərinin təqdimatı keçiriləcək. Bir necə tam yeni modelin Azərbaycan premyerası gözlənilir.

AADA İdarə Heyətiniin sədri Natiq Zərbəliyev deyib ki, yalnız rəsmi avtomobil idxalçılarının və dilerlərinin iştirakı ilə təşkil edilən motor-şou unikallığı ilə seçilir:

"Adətən bu tədbir "Kaspian Motor-Şou" adı altında dəniz kənarında və ya "Qafqaz Motor-Şou" kimi qağlıq regionlarda, kütləvi istirahət məkanlarında keçirilir. Sərginin məqsədi: əhaliyə ən müasir avtomobil nümunələrinin nümayişi, hərəkətin təhlükəsizliyinin və sürücülük mədəniyyətinin təbliği, bölgələrdə avtomobil turizminin inkişafı, gənclərdə texniki idman növlərinə marağın artırılması, ekoloji məsələlərə ictimaiyyətin diqqətinin cəlb edilməsidir.

2003-cü ildən başlayaraq bu avtomobil forumu Xaçmaz rayonunun Nabran istirahət zonasında, Abşeronun ən populyar çimərlikərində, Şəki və Qəbələ şəhərlərində, Bakıda, Ağ şəhər ərazisində təşkil olunub. Son iki ildə pandemiya ilə əlaqədar sərgilər keçirilməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR