İnsanlara hürriyət, millətlərə istiqlal!

İsmayıl Qaani ÜZƏ ÇIXDI - Həftələr sonra BELƏ GÖRÜNTÜLƏNDİ

Həftələrlə davam edən söz-söhbətlərdən sonra SEPAH Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani İran televiziyasında canlı görüntülənib.

Musavat.com xəbər verir ki, briqada generalı İsmayıl Qaani təxminən 20 gün əvvəl Seyid Həsən Nəsrullahla birlikdə Beyrutda dünyasını dəyişən general Abbas Nilforuşanın cənazəsinin qarşılanması mərasimində iştirak edib.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, 27 sentyabrda İsrailin Beyrutun cənubuna endirdiyi hava zərbələrindən sonra İsmayıl Qaani ilə əlaqə kəsilmişdi. Bəzi mənbələr onun zərbələr nəticəsində öldürüldüyünü, digərləri isə İranda ev dustağı olduğunu və Nəsrullahın öldürülməsinə görə dindirildiyini iddia etmişdi. Ərəb İslam Şurasının baş katibi Seyid Məhəmmədəli əl-Hüseyni isə “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində SEPAH generalını İsrailə casusluqda ittiham edib.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR