Onlayn ictimai-siyasi qəzet
Şimali Koreya (KXDR) hərbçiləri Cənubi Koreyanın şimalında, demilitarizasiya zonanın yaxınlığında bir neçə avtomobil və dəmir yollarını partladıblar.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, buna cavab olaraq Cənubi Koreya ordusu partlayıcı qurğular yerləşdirmək üçün demilitarizasiya zonasını keçməyə çalışan Şimali Koreya hərbçilərinə atəş açıb.
Şimali Koreya lideri Kim Çen In hərbi rəhbərliklə toplantı keçirərək, ölkənin suverenliyinin pozulması ilə bağlı hesabatları dinləyib və Cənubi Koreyaya qarşı cavab hərbi əməliyyatı planını təsdiqləyib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ