Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Adana şəhərində qadınlar arasında dava baş verib.
Musavat.com xəbər verir ki, hadisə gözəllik salonunda işləyən qadınlar arasında baş verib.
İki iş yerinin qadın işçiləri arasında müştəri məsələsinə görə mübahisə düşüb. Qadın saç ustalarından biri polisə şikayət etdikdən sonra polislər digər saç ustası haqqında işdən uzaqlaşdırmaq qərarı verib. Bu vəziyyətə qəzəblənən qadın iş yerinə basqın edib.
Sözügedən hadisənin görüntüləri ərazidəki insanlar tərəfindən lentə alınıb.
Musavat.com
25 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ