Onlayn ictimai-siyasi qəzet
Ukrayna hakimiyyəti ABŞ tərəfinə “Zelenskinin planı”nın bəzi müddəalarını göstərib.
Musavat.com xəbər verir ki, bu barədə “Associated Press” (AP) Dövlət Departamentinin yüksək vəzifəli şəxsləri arasında olan anonim mənbəyə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Kiyev hələ də Zelenskinin hazırladığı “planın” tam məzmununu Vaşinqtona təqdim etməyib. Eyni zamanda, AP mənbəsi vurğulayıb ki, Ukrayna rəhbərliyinin ideyalarını dəstəkləmək qərarını ABŞ prezidenti Co Bayden verəcək.
Məlumata görə, planın siyasi hissəsində Ukrayna xalqının inandırılması amili ön plandadır. Belə ki, xalqı Aİ və NATO kimi Qərb təsisatlarının Ukraynanın onlara qoşulmasını alqışladıqlarına inandırmağa çalışcaqlar. Bundan əlavə, plan Ukraynanın müdafiə qabiliyyətinin, o cümlədən hava hücumundan müdafiəsinin artırılmasını nəzərdə tutur.
Nigar,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ