Onlayn ictimai-siyasi qəzet
“ABŞ administrasiyası uzun illərdir ki, Gürcüstanı strateji tərəfdaş adlandırır. Lakin onlar heç olmasa qonaqpərvərliyi gürcü xalqından öyrənsinlər, ya da heç olmasa, gürcü xalqından bunu mənimsəyə bilsinlər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili səsləndirib.
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden başqa ölkələrin liderlərinin şərəfinə verdiyi ziyafətdə Gürcüstan baş nazirinin adına göndərilən dəvəti geri çəkib və bu, iki ölkə arasında ciddi skandala səbəb olub.
“Bəli, soruşdum və bu, həqiqətən də baş verib. Bayden öz göndərdiyi dəvəti ertəsi gün geri çəkir. Bu davranış qeyri-ciddilikdən xəbər verir. Bu, ilk növbədə, Amerika xalqına qarşı təhqirdir”.
Maraqlıdır ki, Papuaşvili burada yerli müxalifəti günahkar çıxarıb. Gürcüstan parlamentinin spikerinin sözlərinə görə, “müxalifətin vəziyyəti o qədər acınacaqlıdır ki, hətta ABŞ administrasiyası ona dəstək üçün heç bir qeyri-standart hərəkətdən çəkinmir.
Hakim “Gürcü arzusu” partiyasının digər lideri, spiker müavini Gia Volski də öz növbəsində bütün bunları “siyasi demarş” adlandırıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ