İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin əmisi nəvəsi ilə evlənən qubernator səfərbər olanları nikaha dəvət etdi  

Rusiyanın Kemerovo vilayətinin başçısı Sergey Tsivilyov adları səfərbərliyə düşən sakinlərə döyüş bölgəsinə göndərilməmişdən əvvəl rəsmi nikah qurmağı təklif edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Tsivilyov bu barədə yerli “Mayak” radiosunun efirində danışıb.

Bölgə rəhbərinin sözlərinə görə, bir gün əvvəl Omskda toplama məntəqəsində olub, orada Kuzbassdan çağırışçılarla görüşüb. “Uşaqlarla görüşəndə onlara dedim: “Gəlin ayrılmadan əvvəl, vacib bir məsuliyyətli vəzifə üçün münasibətlərinizi rəsmiləşdirin. Bu, həyatınızda çox vacib bir məqamdır. Əgər uzun illər bir qadınla yaşayırsınızsa, övladlarınız varsa və üstəlik qeydiyyatda deyilsinizsə bu, səhvdir. Siz müqəddəs işə gedirsiniz, hər şey qədim Rusiyadakı kimi olmalıdır”, - deyə qubernator söyləyib.

O, hətta yerli hakimiyyətin səfərbər olunanları evləndirmək üçün Omska avtobus icarəyə götürməyi planlaşdırdığını bildirib. "Bütün Kuzbass sakinlərinə də müraciət etmək istərdim. Biz öz adət-ənənələrimizlə yeni Konstitusiya qəbul etmişik, burada ailə, kişi və qadın münasibətləri bizim üçün müqəddəsdir. Nikahı dünyəvi və mənəvi qeydiyyat sistemində qeyd etməliyik”, - deyə Kuzbass rəhbəri vurğulayıb.

Xatırladaq ki, Sergey Tsivilyovun həyat yoldaşı Anna Tsivilyova Rusiya prezidenti Vladimir Putinin əmisi nəvəsidir. Anna Tsivilyova Rusiyanın ən böyük kömür mədən qurumlarından sayılan “Kolmar” şirkətinin sahibidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR