İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin varis siyahısında olan iki məmura niyə xüsusi səlahiyyət verdi?

Rusiya prezidentinin Mişustinlə Sobyanini irəli çəkməsi suallar yaradır   

İki gün əvvəl Vladimir Putinin Ryazan vilayətindəki poliqonda səfərbərliyə cəlb olunanların hazırlığını yoxlamağa şəxsə getməsi Rusiya mediasında ciddi müzakirələrə səbəb olub. Bəzi media quruluşları yazır ki, prezidentin ordu hərbəri ilə poliqona getməsi hərbi elitada parçalanmalar olması, səfərbərliklə bağlı problemlərin fonunda baş verib ki, bu da təsadüfi deyil.

Bildirilir ki, Ukraynadakı Rusiya ordusuna rəhbərliyə gətirilən general Surovikinin təyinatının da Putin ətrafındakı hərbi elitanın narazılıqla qarşılandığı haqda iddialar da vardı.

O səbəbdən Putinin müdafiə naziri Sergey Şoyqu ilə birlikdə səfərbərliyə cəlb olunanların təlim keçdiyi poliqona getməsi bu cür iddiaları yalanlamağa hesablandığı bildirilir. Birincisi, Putin gösatərmək istədi ki, səfərbərliklə bağlı problemlərdən xəbərdardır və bununla bağlı çağırışçılardan şəxsən soruşdu.

iXe5ACSuU7tDhTFHt9eakI9S3Mby92B2.jpg (459 KB)

İkincisi, Putin göstərmək istədi ki, hərbi elitada heç bir parçalanma yoxdur və ola da bilməz. Hərbi idarəetmədə ləngimələr, anlaşılmazlıqlar və səhvlər var, lakin ümumilikdə Ali Baş Komandanın orduya və ordu rəhbərliyinə inamı tamdır.

Putin müəyyən ərazilərdə hərbi vəziyyət tətbiq edildikdən sonra bu işin icrası üçün görəvləndirdiyi iki şəxs-baş nazir Mixail Mişustinin və Moskva meri Sergey Sobyaninin ayrı-ayrı hakimiyyət qruplaşmalarını təmsil edirlər, hətta onların adı Putinin mümkün varisləri sırasındadır. Mişustinə fövqəladə vəziyyət və ya risk qrupuna aid regionlarla bağlı bütün koordinasiyanı həyata keçirəcək şuraya sədrlik həvalə edilib. Sobyanin isə həmin regionların qubernatorların hərəkətlərini əlaqələndirmək və onların dövlət orqanları ilə qarşılıqlı əlaqəsini təmin edəcək komissiyaya rəhbərlik tapşırılıb.

putin-snayper.jpg (122 KB)

Cəmiyyətin konsolidasiyası da indilikdə Putin üçün çox mühümdür. Rusiyada Yeni il şənlikləri əsas bayram olsa da, hərbi əçməliyyatlar və orduya kömək üçün bu il Rusiya şəhərlərində bayram tədbirlərinin keçirilməməsini 70%-dən çoxu vətəndaşın dəstəkləməsi də Kremlin bu məsələdə əlini gücləndirir. 

putin-2.jpg (76 KB)

Qeyd edək ki, prezident poliqonda taktiki, yanğın, mühəndis-tibbi hazırlıq üzrə praktiki məşğələlərə baxıb. Putin həmçinin çoxfunksiyalı atıcılıq kompleksinə baş çəkib, burada səfərbərliyə cəlb olunmuş döyüş təcrübəsi olanların müxtəlif atış üsullarına baxıb və snayper tüfəngdən atəş açıb.

Maraqlıdır ki, Putinin atdığı silah heç də yeni deyil. Snayper tüfəngi 1957-1963-cü illərdə Yevgeni Draqunovun rəhbərlik etdiyi konstruktorlar qrupu tərəfindən hazırlanmış və PSO-1 optik nişangahı ilə birlikdə 1963-cü ildə Sovet Ordusunun silahlanmasına qəbul edilib.

Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR