İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Durovdan DANIŞDI - Uzun illər əvvəl...

Rusiya prezidenti Vladimir Putin uzun illər əvvəl iş adamları ilə görüşü çərçivəsində "VKontakte" və "Telegram"ın təsisçisi Pavel Durovla görüşüb. 

Musavat.com xəbər verir ki, Putin Şərq İqtisadi Forumunun plenar iclasında Durovla görüşünü xatırladıb. 

"Mən Durovla uzun illər əvvəl Moskvada bir dəfə görüşmüşəm. Bu, Kremldə işgüzar görüşlərin birində olub. Çoxdan idi, nə vaxt olduğunu xatırlamıram. O, planlarından danışıb. O vaxtdan bəri bir-birimizi görmədik. Onun haqqında heç nə bilmirəm", - Putin deyib.

O, Rusiya hökumətinin "Telegram"ın təsisçisinə qarşı heç bir iddiasının olmadığını vurğulayıb.

Qeyd edək ki, Durov Fransada həbs olunmazdan əvvəl "Baza" telegram kanalı Putinin onunla Bakıda görüşməkdən imtina etdiyini yazmışdı.

Lakin Rusiya lideri bunu təkzib edib:

"Mən onunla niyə Bakıda görüşməliyəm? Güman edirdim ki, o, Moskvada yaşayır".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR