Onlayn ictimai-siyasi qəzet
“Çin ilə tərəfdaşlığımız strateji xarakter daşıyır. Mən Çinlə 25 illik müqavilənin həyata keçirilməsinə sadiqəm”.
Musavat.com “Azad İran”a istinadən xəbər verir ki, Pezeşkian bu barədə bu gün keçirdiyi ilk mətbuat konfransında bildirib.
O, yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyini də açıqlayıb:
“Mən tezliklə Türkiyəyə gedəcəm. Türkiyə bizim dostumuz və qardaşımızdır”.
Pezeşkian bildirib ki, İran nüvə silahı əldə etməyə çalışmır:
"ABŞ və Avropa bizi raket proqramlarını dayandırmaqla hədələyir. İran heç vaxt münaqişəni qızışdırmaq istəməyib, lakin İsrail İranın paytaxtında HƏMAS siyasi bürosunun rəhbəri Haniyəni öldürməklə Tehranı müharibəyə sürükləməyə çalışıb”.
Onun sözlərinə görə, İran Azərbaycan, Pakistan və Türkiyə ilə birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirir.
“İranın Rusiya və Çinlə əlaqələri strateji xarakter daşıyır, biz çətin anlarda və sanksiyalar zamanı dostlarımızı dəstəkləməyi unutmayacağıq. Qonşularımızla əməkdaşlığı genişləndirməkdə Rəisinin yolunu davam etdirəcəyik”, - İran prezidenti deyib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ