İnsanlara hürriyət, millətlərə istiqlal!

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 1 935 nəfər vaksinasiya olunub.

Musavat.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 395, ikinci doza vaksinlərin sayı 142-dir.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1220-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 178 olub.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 787 674 təşkil edir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR