İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqonun sözçüsü Belarusda nüvə silahının yerləşdirilməsi barədə danışıb

Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, ABŞ Rusiyanın taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsi ilə bağlı nüvə müharibəsi təhlükəsi əlamətləri görmür.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Kirbinin sözlərinə görə, Pentaqon vəziyyəti izləyir və hesab edir ki, hazırda Amerikanın saxlanma mövqeyində dəyişiklik etmək üçün heç bir səbəb yoxdur.

Eyni zamanda Kirbi əlavə edib ki, Belarus ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsi faktının özü “ağılsız və məsuliyyətsiz ritorikanın daha bir nümunəsi”dir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR