İnsanlara hürriyət, millətlərə istiqlal!

Patruşev: “ABŞ keçmiş SSRİ-nin bütün ölkələrinə görünməmiş təzyiq göstərir”

 

“ABŞ keçmiş SSRİ ölkələri arasında konstruktiv münasibətləri pozmaq məqsədi ilə postsovet məkanının bütün dövlətlərinə misli görünməmiş təzyiqlər edir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, belə bir iddia Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev tərəfindən KTMT ölkələrinin təhlükəsizlik şuraları katiblərinin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə səslənib.

Onun sözlərinə görə, əsas məqsəd keçmiş SSRİ məkanında MDB, Avrasiya İqtisadi İttifaqı və KTMT çərçivəsində inteqrasiya proseslərinə mane olmaqdır.

“Anqlosakslar öz planlarını həyata keçirmək üçün şantaj, hiylə və təhdid yolu ilə maraqları ilə öz tərəflərinə maksimum sayda dövlətləri cəlb etməyə çalışırlar. Həmin dövlətlərin maraqları isə heç onların vecinə də deyil”,- deyə Nikolay Patruşev bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR